Azərbaycanda ağır yol qəzası: Ölənlər var - FOTO

10:54 - 23 Aprel 2024

Azərbaycanda ağır yol qəzası: Ölənlər var - FOTO

Naxçıvanın Culfa rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Manset.az Report-a istinadən xəbər verir ki, Ərəzin kəndi ərazisində baş verən hadisədə "Chevrolet Nova" markalı avtomobillə "Tofaş" markalı avtomobil toqquşub.

Nəticədə avtomobildə olan Cəfərov Kamal Qürbət oğlu və Rüstəm adlı şəxs hadisə yerində ölüb. 2001-ci il təvəllüdlü Sahilov İbrahim İldırım oğlu və 1998-ci il təvəllüdlü Əlizadə Əbülfəz Elçin oğlu isə yaralanıb.

Onlar Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri ağırdır.

Faktla bağlı araşdırma aparılır.



Xəbər xətti

3 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin