Azərbaycana qonşu olan ölkədə TİMSAH HƏYƏCANI: İnsanlar TƏŞVİŞDƏ

12:26 - 23 Aprel 2024

Azərbaycana qonşu olan ölkədə TİMSAH HƏYƏCANI: İnsanlar TƏŞVİŞDƏ

Ərəb coğrafiyasında yaşanan əlverişsiz hava şəraiti Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Omanla yanaşı, İrana da öz təsirini göstərib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İranın cənub-şərqindəki Sistan-Bəlucistan və Hörmüzqan əyalətinə təsir edən sel fəlakəti nəticəsində 8 nəfərin həyatını itirib.

Sistan-Bəlucistan Ətraf Mühit Təşkilatı tərəfindən yayımlanan açıqlamada timsahların sel səbəbiylə təbii yaşayış yerlərini tərk edərək şəhərlərə enə biləcəyi xəbərdarlığı edilib.

Elmi adı Crocodylus palustris olan və bataqlıq timsahı kimi də tanınan bu növə ümumiyyətlə İran və Hindistanın cənubunda rast gəlinir.

Ştat sakinlərindən sel suları tamamilə çəkilənə qədər bataqlıqlara, bataqlıq ərazilərə və canlı təbiət ərazilərinə yaxınlaşmamaları xahiş olunub.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

24 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin