Avropa çempionatına təyinat alan hakimlər açıqlandı

17:54 - 23 Aprel 2024

Avropa çempionatına təyinat alan hakimlər açıqlandı

UEFA 2024-cü ildə keçiriləcək futbol üzrə Avropa çempionatında çalışacaq hakimlərin siyahısını açıqlayıb.

 

Manset.az xəbər verir ki, siyahıda türkiyəli hakim də yer alıb. Belə ki, Halil Umut Mələr qitə birinciliyində söz sahibi olacaq.  

Ona Mustafa Emre Eyisoy və Kerem Ersoy kömək edəcək. Alper Ulusoy isə VAR hakimi kimi siyahıya daxil edilib.

AVRO 2024-də fit çalacaq digər hakimlər aşağıdakılardır:

Artur Soareş Diaş (Portuqaliya), Xesus Gil Manzano (İspaniya), Marko Quida, Daniele Orsato (hər ikisi İtaliya), İştvan Kovaç (Rumıniya), İvan Kruzliak (Slovakiya), Fransua Leteksye, Klement Turpin (hər ikisi Fransa), Danni Makkeli (Niderland), Şimon Marçinyak (Polşa), Qlenn Nuberq (İsveç), Maykl Oliver, Entoni Teylor (hər ikisi İngiltərə), Sandro Şerer (İsveçrə), Daniel Siebert, Felik Tsvayer (hər ikisi Almaniya), Slavko Vinçiç (Sloveniya).

Qeyd edək ki, Avropa çempionatı 14 iyundan 14 iyuladək Almaniyada baş tutacaq. 


Xəbər xətti

4 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin