Azərbaycanda bu taksi şirkəti bağlanır - YENİLƏNDİ (FOTO)

19:24 - 23 Aprel 2024

Azərbaycanda bu taksi şirkəti bağlanır - YENİLƏNDİ (FOTO)

Yaxın zamanda ölkədə Uklon taksi xidməti fəaliyyətini dayandıracaq.

 

Manset.az xəxəbər verir ki, bu barədə “PAŞA Holding”-in mətbuat xidməti məlumay yayıb.

PAŞA Holding öz ekosistem strategiyası çərçivəsində genişləndirmək və daha da inkişaf etmək məqsədi ilə yeni, müasir, mütərəqqi biznes sahələrini araşdırır və eyni zamanda mövcud sahələrin təkmilləşdirilməsi üzərində işləyir. Bu sahələrdən biri də taksi sifarişi platformaları ilə əməkdaşlıqdır.

“2023-cü ildə PAŞA Holding Ukraynanın Uklon şirkəti ilə əməkdaşlığa başlayıb. Birgə tərəfdaşlıq zamanı taksi biznesinin ekosistemə müsbət təsiri, eləcə də bu biznesin ümumilikdə ekosistemə yeni müştərilərin cəlb edilməsi və saxlanılması baxımından faydalılığı müşahidə olundu. Ekosistemin bir hissəsi olan Umico ilə birgə kampaniyalar da müştərilər tərəfindən müsbət qarşılandı. Bütün bunları nəzər alaraq, şirkət bu biznesin ekosistemin cari müştərilərinə daha böyük fayda təqdim etməsi məqsədilə yeni həll yolları axtarır. “Biz bu biznesi indikindən daha sürətli şəkildə inkişaf etdirmək istəyirik. Bu məqsədlərə nail olmaq üçün PAŞA Holding avtonəqliyyat sifarişi xidməti sahəsində yeni tərəfdaşlıq imkanlarını nəzərdən keçirir və hazırda bazar liderləri ilə danışıqlar aparır. Uklon ilə tərəfdaşlıq bizim inkişafımızda mühüm addım oldu və biz bu dəyərli təcrübə üçün tərəfdaşımıza minnətdarıq”, - holdinqin mətbuat xidmətindən qeyd edilib.

***19:16

Azərbaycanda taksi şirkətlərindən olan "Uklon" fəaliyyətini dayandırıb.

 

Manset.az qafqazinfo-ya istinadən xəbər verir ki, şirkət tərəfindən bununla bağlı həm sürücülərə, həm də tətbiq istifadəçilərinə bildiriş göndərilib.

Məlumatda 30 apel 2024-cü ildən etibarən Uklon avtomobil çağırış xidmətinin və müvafiq tətbiqinin Azərbaycanda fəaliyyətini dayandıracağı qeyd olunub. 

Qeyd edək ki, "Uklon" ötən ilin mayında fəaliyyətə başlamışdı.



Xəbər xətti

24 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin