Rusiyada külli miqdarda rüşvət alan vergi rəisi tutuldu

21:17 - 23 Aprel 2024

Rusiyada külli miqdarda rüşvət alan vergi rəisi tutuldu

Rusiyanın Novosibirsk vilayətində vergi departamentinin rəhbəri milyonlarla rubl rüşvət aldığı üçün saxlanılıb.

 

Manset.az  lent.az-a istinadən bildirir ki, rəis yerli şirkətə vergi yoxlamasından keçməyə və onun nəticələrini saxtalaşdırmağa kömək edəcəyini söz verib. Bunun üçün şirkətdən 5 milyon rubl (təxminən 91 min manat) məbləğində rüşvət alıb. Məbləğin bir hissəsi işçiyə vasitəçi vasitəsilə köçürülüb, lakin hüquq-mühafizə orqanlarının əməkdaşları müdaxilə ediblər.

Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxsin tutulması məsələsi həll edilir.


Xəbər xətti

3 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin