"BAM-ın gücü 12 ildə 3 dəfə artıb" - Putin

21:25 - 23 Aprel 2024

Baykal-Amur Magistral xəttinin (BAM) ötürmə qabiliyyəti son 12 ildə 3 dəfə artıb və artmaqda davam edir.

 

Manset.az  xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin BAM-ın 50 illik yubileyi münasibətilə dövlət mükafatlarının təqdim edilməsi mərasimində deyib.

V.Putin qeyd edib ki, növbəti 10 ildə BAM və Trans-Sibir dəmir yolunu birləşdirən Şərq poliqonu ilə daşımaların həcmi ildə 270 milyon ton səviyyəsinə çatmalıdır:

“Bu il BAM və Trans-Sibir dəmir yolunun inkişafının növbəti - üçüncü mərhələsi başlayır”.


Xəbər xətti

4 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin