“Ulu öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirdi - FOTOLAR

18:43 - 24 Aprel 2024

“Ulu öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirdi - FOTOLAR

YAP Yasamal rayon təşkilatı və “Z.Xəlilov küç. 33” (Bakı Dövlət Universiteti) ərazi partiya təşkilatının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2023-cü il Sərəncamı ilə qəbul olunan 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili”nə əsasən “Ulu öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı birgə tədbiri keçirilib.

 

Manset.az-ın məlumatına görə, ilk öncə Dövlət Himni səsləndirilib. Sonra ulu öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 

Giriş nitqi ilə çıxış edən “Z.Xəlilov küç. 33” (Bakı Dövlət Universiteti) ərazi partiya təşkilatının sədri, professor Zahid Cəfərov  Azərbaycanda müstəqilliyin ilk illərində sovet dövründən yığılıb qalmış və getdikcə daha da kəskinləşən ekoloji problemlərin həllinə yönələn siyasətin aparılması cəhdləri olsa da, həmin dövrdə ölkədə yaranmış dərin böhranlar və hakimiyyətsizlik şəraitində məqsədyönlü ekoloji siyasətin həyata keçirilməsi qeyri-mümkün olduğunu qeyd etmişdir. O bildirdi ki, yalnız dahi Liderimiz Heydər Əliyev 1993-cü ilin yayında xalqımızm təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra ölkədə yaratdığı ictimai-siyasi sabitlik şəraitində onun rəhbərliyi ilə ardıcıl və düşünülmüş yeni ekoloji siyasətin aparılmasına başlanılmışdır. Zahid Cəfərov Heydər Əliyevin ekoloji siyasət strategiyasınm ümumi konturları və prinsipləri onun çıxışlarında, nitqlərində aydın ifadə olunmuş və ölkə qanımvericiliyində öz əksini tapdığını və bu gün həmin siyasətin davamçısı cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Çıxış edən Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və ölkəmizin “COP29” kimi böyük bir beynəlxalq tədbirə ev sahibliyi etməsini çox böyük əlamətdar hadisə və etimad olduğunu bildirib. Bu etimadın təməlində isə ulu öndər Heydər Əliyev siyasətini, ideyaları layiqincə davam etdirən cənab prezident İlham Əliyevin olduğunu vurğulayıb.B.Nəbiyev qeyd edib ki, Heydər Əliyevin ekoloji siyasət strategiyasma xas olan bir xüsusiyyət kimi, digər sahələr kimi, bu sahənin də məqsədli proqramlarla idarə edilməsini göstərmək olar və bu təcrübə öz səmərəsini bu gün də verir. Qeyd olunub ki, Azərbaycanda yürüdülən ekoloji siyasətin əsas məqsədi indiki və gələcək nəsillərin ehtiyaclarını təmin etmək naminə təbii ehtiyatlardan səmərəli istifadə etməkdir.
Sonra çıxış edən Bakı Dövlət Universiteti Tarix fakültəsinin Azərbaycan tarixi kafedrasının müdiri Azad Rzayev diqqətə çatdırıb ki, Heydər Əliyev ekoloji siyasət strategiyasmda yaşıllaşdırma, ağac əkmək, meşə salmaq, meşələri, yaşıllıqları qorumaq işlərində hər zaman geniş yer vermişdir. Ulu Öndərin ətraf mühitin qorunması, təbii sərvətlərdən səmərəli istifadə siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Bu sahədə həyata keçirilən ardıcıl tədbirlər, görülən işlər ekologiya və ətraf mühitin mühafizəsi sahəsində yeni uğurların əldə olunmasına təkan vermişdir.

Çıxış edən Bakı Dövlət Universiteti Coğrafiya fakültəsinin dekanı Məqsəd Qocamanov bildirib ki, ölkəmizdə 2003-cü ildə “Ekoloji cəhətdən davamlı sosial-iqtisadi inkişaf üzrə Milli proqram” qəbul olunmuşdur. Milliliyin inkişaf məqsədlərindən biri olan ətraf mühitin davamlılığını təmin etmək üzrə fəaliyyət proqramına uyğun olaraq davamlı inkişaf prinsipləri dövlət siyasətinin tərkib hissəsi kimi həyata keçirilir. Bu istiqamətdə çirklənmiş ərazilərin bərpası, meşə ilə örtülü ərazilərin artırılması, bitki və heyvanat aləminin qorunması, quru ərazilərdə torpaqların münbitləşdirilərək yaşıllaşdırılması, Xəzər dənizin sahillərinin, sularının, canlı aləminin mühafizəsi, iqlim dəyişikliklərinin zərərli təsirlərinin azaldılması başlıca fəaliyyət proqramı kimi həmişə diqqət mərkəzindədir.



Xəbər xətti

24 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin