Aylarla axtarılan modelin cəsədi tapıldı - Ailəsi onu döyməsindən tanıdı

16:23 - 24 Aprel 2024

Aylarla axtarılan modelin cəsədi tapıldı - Ailəsi onu döyməsindən tanıdı

Bir ildir itkin düşən taylandlı model Kaykan Kaennakamın cəsədi Bəhreyndə morqda tapılıb. 

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına götə, 2023-cü ilin aprelindən axtarılan Kaykanın cəsədi ayağındakı döymə sayəsində tanınıb.

Kaykan modellik karyerasını bitirdikdən sonra ailəsinə maddi dəstək vermək üçün Taylanda köçüb. Orada bir restoranda işləməyə başlayıb. 

Modelliyi atıb özünə yeni karyera planı quran Kaykan yeni həyatından şəkillər və videolar paylaşaraq təcrübələrini ailəsi və dostları ilə bölüşüb. 

2023-cü ilin aprelində qəflətən sosial mediada paylaşımları dayandırdıqda, ailəsi onun başına pis bir şey gələ biləcəyindən şübhələnib. 

Ailəsi aylarla onu tapmağa çalışıb və kömək üçün Tailand səfirliyinə müraciət edib. Onlar Bəhreyndəki Tailand icmasına müraciət edərək kömək istəyiblər. 

Aprelin 18-də Tailand səfirliyi Kaykanın ailəsinə Salmaniya Tibb Kompleksi meyitxanasında qadın meyitinin tapılması barədə məlumat verib.

Yarılmanın rəyinə görə, ölümün səbəbi "alkoqoldan zəhərlənmə nəticəsində kəskin ağciyər və ürək çatışmazlığı" olub.

Əfsanə Rəcəb
Manşet.az


Xəbər xətti

24 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin