Gürcüstanda yenidən etiraz aksiyası başlayıb

23:11 - 24 Aprel 2024

Gürcüstanda yenidən etiraz aksiyası başlayıb

Gürcüstanda “Xarici təsirin şəffaflığı” haqqında qanun layihəsinin qəbuluna etirazlar davam edir. 

 

Manset.az  xəbər verir ki, bu haqda TASS-ın müxbiri hadisə yerindən məlumat verib.

Bildirilib ki, əksəriyyəti gənclər təşkilatlarının nümayəndələri və tələbələrdən ibarət olan etirazçılar Gürcüstan və Avropa İttifaqının bayraqları ilə dayanıb fit çalıb və xarici agentlər haqqında qanuna qarşı şüarlar səsləndiriblər.

Onlar Gürcüstan Daxili İşlər Nazirliyinin yolu bağlamamaq barədə çağırışlarına baxmayaraq, Rustaveli prospektini bağlayıblar.

Nümayişçilər daha sonra parlament binasından bir neçə kilometr aralıda yerləşən Avropa meydanına doğru yürüş etməyə başlayıblar.


Xəbər xətti

24 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin