“Qarabağ” “Neftçi”ni darmadağın etdi - Finala yüksəldi

22:01 - 24 Aprel 2024

“Qarabağ” “Neftçi”ni darmadağın etdi - Finala yüksəldi

Bu gün Azərbaycan kubokunun finalçıları müəyyənləşib.

 

Manset.az xəbər verir ki, hər iki yarımfinal qarşılaşması eyni günə təsadüf edib.

“Qarabağ” səfərdə böyük hesabla qalib gəldiyi “Neftçi”ni bu dəfə mərkəzi arenada sınağa çəkib. Ağdam klubu ev oyununda da asan qələbə qazanmaqla finalda “Zirə”yə rəqib olub.

Azərbaycan Kuboku
Yarımfinalın cavab oyunu
24 aprel

“Qarabağ” – “Neftçi” 4:1
Qollar: Olavio Juninyo, 16; 69. Qara Qarayev, 62-öz qapısına. Nəriman Axundzadə, 77 – Reiuan Mirzov, 64.
Tofiq Bəhramov adına Respublika stadionu.
İlk oyun – 4:0.


Xəbər xətti

24 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin