“Xarakterimin dəyəri indi dərk olunur” - Aktrisa

10:45 - 25 Aprel 2024

“Xarakterimin dəyəri indi dərk olunur” - Aktrisa

“Breaking Bad” serialındakı Skayler Uayt obrazı uzun illər serialın pərəstişkarları tərəfindən düşmən kimi görünürdü.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, baş qəhrəman Uolter Uaytın həyat yoldaşı Skayler obrazını canlandıran Anna Qunn obraza qarşı nifrətin artıq qırıldığını və insanların indi ona qarşı daha mehriban yaxınlaşdığını bildirib.

Qunn izah edib ki, serial bitdikdən təxminən 10 il yarım sonra insanlar "Skayler"i hekayənin "vicdanı" olaraq görməyə başlayıb.

Qeyd edək ki, 2008-2013-cü illər arasında yayımlanan serialda Skayler obrazı ərinin cinayətlərinə şərik olmaq istəmədiyi üçün “reaksiya” alırdı.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

18 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin