Qadın azarkeşi qucaqlayan iranlı qapıçı üçün görünməmiş cəza - VİDEO

11:58 - 25 Aprel 2024

Qadın azarkeşi qucaqlayan iranlı qapıçı üçün görünməmiş cəza - VİDEO

İranda “Esteghlal” komandasının qapıçısı Hossein Hosseini hicabsız bir qadın azarkeşi qucaqladığı üçün meydandan kənarlaşdırılıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Hosseini bu hadisəyə görə 3800 funt sterlinq cərimə olunub və bir oyunluq cəza alıb.

Hosseini qadını qısaca qucaqlayandan sonra asayiş keşikçiləri dərhal qapıçını hadisə yerindən uzaqlaşdırıblar.

Bu zaman tribunada olan azarkeşlər Hüseyninin meydandan kənarlaşdırılmasına reaksiya göstərərək, mühafizəyə müxtəlif əşyalar atıblar.

Əfsanə Rəcəb

Manşet.az



Xəbər xətti

18 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin