Azərbaycanda nazirə yeni müavin təyin olundu - FOTO

16:31 - 25 Aprel 2024

Azərbaycanda nazirə yeni müavin təyin olundu - FOTO

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov aprelin 25-də Fərid Bağırzadənin Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, sərəncamda deyilir:

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 30-cu maddəsini və 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Fərid Talətdin oğlu Bağırzadə Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilsin.

2. Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Fərid Talətdin oğlu Bağırzadəyə həvalə edilsin.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir".

Qeyd edək ki, Fərid Bağırzadə bu təyinatadək Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparat rəhbəri idi.



Xəbər xətti

13 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin