“Ukraynanın mövcudluğu sona çata bilər” - Belarus prezidenti

17:44 - 25 Aprel 2024

“Ukraynanın mövcudluğu sona çata bilər” - Belarus prezidenti

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya ilə Ukrayna arasında sülh danışıqlarının İstanbulda imzalanan razılaşma ilə başlaya biləcəyini bildirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Lukaşenko bu barədə Belarus Xalq Assambleyasının Respublika Sarayında keçirilən iclasındakı çıxışında qeyd edib.

O, "İndi danışıqlar aparılmasa, Ukrayna zamanla öz dövlətini itirə və mövcudluğu sona çata bilər. Bu gün Ukraynada sülhə ehtiyac var" deyib.

ABŞ-nin Belarus və Rusiyaya qarşı davamlı olaraq aqressiv ritorikadan istifadə etdiyini deyən Lukaşenko NATO blokunun bu yolla onlara qarşı düşmənçilik dərəcəsini artırdığını bildirib.

Lukaşenko, NATO ölkələrinin tarixində ilk dəfə olaraq müdafiə xərclərinin ümumi həcminin təqribən 1,2 trilyon avroya çatacağına diqqət çəkib:

“Bundan əlavə, Brüssel fövqəladə hallara cavab qüvvələrinin hazırda 80 min olan sayını 300 min nəfərə artırmağa, NATO-nun Baltikyanı ölkələrin hava məkanını qorumaq missiyasını hərbi əməliyyata çevirməyə, Polşa və Baltikyanı ölkələrdə yerləşdirilən döyüş qruplarını briqada səviyyəli birləşmələrdə yenidən təşkil etmək qərarına gəldi”.

Əfsanə Rəcəb

Manşet.az

 


Xəbər xətti

24 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin