Qəhvədəki böcəklər qadını komaya saldı

12:04 - 26 Aprel 2024

Qəhvədəki böcəklər qadını komaya saldı

İspaniyanın Mayorka adasındakı hava limanının avtomatından qəhvə alan bir qadın az qala həyatını itirəcəkdi.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatıan görə, 21 yaşlı qadın Son Sant Joan hava limanında aldığı qəhvənin qəribə dadlı olduğunu hiss edib.

İçəriyə baxanda çoxlu ölü həşəratların olduğunu görüb və 10 dəqiqədən sonra vəziyyəti pisləşib. Allergik reaksiyası olan qadın tualetə gedib. Qayıdandan az sonra sevgilisinə onu görə bilmədiyini deyib.

Gözləri qaralan qadına hava limanında ilkin tibbi yardım göstərilib. Huşunu itirməmişdən əvvəl ona adrenalin və dərmanlar verilib.

Lakin Palmadakı xəstəxanaya aparılarkən dərhal reanimasiyaya yerləşdirilib. O, 36 saat reanimasiyada qalıb.

Ailəsi ictimai sağlamlığı riskə atdığı üçün hava limanına qarşı cinayət işi qaldırıb.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

6 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin