Prezident BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşdü - YENİLƏNDİ (FOTO)

20:25 - 26 Aprel 2024

Prezident BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşdü - YENİLƏNDİ (FOTO)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir ilə görüşü keçirilib.

 

Manset.az xəbər verir ki, Sultan Əhməd Əl-Cabir Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın salamlarını Prezident İlham Əliyevə çatdırıb.

Dövlətimizin başçısı salamlara görə təşəkkürünü bildirib, onun da salamlarını BƏƏ Prezidentinə çatdırmağı xahiş edib.

Sultan Əhməd Əl-Cabir BƏƏ-nin COP28-in sədri və ev sahibi olaraq Azərbaycanla yaxından işləməkdən məmnunluğunu bildirərək, COP29 ilə bağlı BƏƏ-nin Azərbaycana dəstəyini əsirgəmədiyini diqqətə çatdırıb, bu istiqamətdə birgə işləməyə və əməkdaşlığa hazır olduqlarını vurğulayıb.

Dövlətimizin başçısı Azərbaycanla BƏƏ arasında birgə fəaliyyətin əhəmiyyətini və COP28-də “üçlük” mexanizminin yaradılmasının vacibliyini qeyd edib.

Söhbət zamanı Azərbaycanla BƏƏ arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub, ölkəmizin yaşıl enerji sahəsinə BƏƏ tərəfindən yatırılan investisiyalar nəticəsində bərpaolunan enerji ixracı imkanlarının yaranması və bu istiqamətdə potensialın artması məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

***17:19

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir ilə görüşü başlayıb.

 

Manset.az xəbər verir ki, bu barədə Azərbaycan liderinin Mətbuat xidməti məlumat yayıb. 



Xəbər xətti

23 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin