Azərbaycanda bu zavod bağlanır

10:20 - 27 Aprel 2024

Azərbaycanda bu zavod bağlanır

"Qazax Konserv Zavodu" ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.

 

Manset.az iqtisadiyyat.az-a istinadla xəbər verir ki, yığıncağın iyunun 10-da keçirilməsi planlaşdırılıb.

Səhmdarların ümumi yığıncağına ASC-nin ləğvi, bununla bağlı İdarə Heyətinin və Direktorlar Şurasının (Müşahidə Şurasının) fəaliyyətinə xitam verilməsi, Ləğvetmə Komissiyası yaradılması və qanuni təmsilçiliyə dair bütün səlahiyyətlərin Ləğvetmə Komissiyasının sədrinə həvalə edilməsi və s. məsələlər daxildir.

Xatırladaq ki, "Qazax Konserv Zavodu" 1998-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 1 158 572 milyon manatdır. "Azərsun Holdinq" MMC-yə məxsus müəssissə son illər zərərlə işləyir.


Xəbər xətti

13 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin