“Qəribə mesajlar doludur, intim təklifdən əmrə qədər...”

12:38 - 27 Aprel 2024

“Qəribə mesajlar doludur, intim təklifdən əmrə qədər...”

“Mən “Xalq artisti” adını “xalqın artisti” kimi qəbul edirəm. “Əsl sənətkar əlçatmaz olar” fikrini qəbul etmirəm. Bir dəfə kimsə demişdi ki, həyətə çıxmıram ki, birdən məni görərlər”.

 

Manset.az xəbər verir ki, bunu Xalq artisti Faiq Ağayev Kult.az-a müsahibəsində deyib.

“Mən əzəldən mağazaya da gedirəm, kiçikmiqyaslı salonlarda da çıxış edirəm. Mənim üçün hər yer səhnədir - Rusiyada çıxış etdiyim 45 min yerlik Olimpiya stadionu da, Bakıda 50 nəfərlik məclis də. Bu mənada əlçatan olmağa çalışıram. “Facebook” dostlarımın ad günü olanda təbrik edirəm. Sosial şəbəkələr sənətin insanlara yaxınlaşması üçün xidmət göstərir. “Səhnədə olanda mənə yaxınlaşa bilmirsiniz, amma sizin yanınızdayam” deməkdir”, - müğənni bildirib.

Xalq artisti sosial şəbəkələr vasitəsilə qəribə mesajlar aldığını qeyd edib:

“Doludur qəribə mesajlar, xüsusilə instaqramda. İntim təklif edənlərdən “gəl təhsilhaqqımı ödə” əmr edənlərə qədər. Elə bil, nəsə alıb-edəndə məndən soruşub, indi də mənə “ödə” deyir.

F.Ağayev vaxtı ilə müzakirələrə səbəb olan “İstənilən deputatdan güclüyəm”, fikirlərinə də aydınlıq gətirib:

“Sabah elan etsəm ki, konsert verəcəyəm, minlərlə insan gələcək. Amma Milli Məclis üzvü desə ki, siyasi platformamı eşitmək üçün gəlin filan yerə, inanmıram ki, o qədər adam gələ. Bu mənada – bəli, özümü deputatlardan güclü sayıram. Amma indikilik deputat olmaq fikrim yoxdur”.


Xəbər xətti

18 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin