Qayana, Surinam və Ekvador liderləri COP29-a dəvət olundu

13:34 - 27 Aprel 2024

Qayana, Surinam və Ekvador liderləri COP29-a dəvət olundu

Qayana, Surinam və Ekvador prezidentləri COP29-a dəvət olunub.

 

Manset.az xəbər verir ki, bu barədə Azərbaycanın Brazilya, Qayana, Surinam və Ekvadordakı səfiri Rəşad Novruzov "X"də paylaşım edib.

Səfir Azərbaycan Prezidenti İlham Əliyevin Qayana, Surinam və Ekvador dövlət başçılarına dəvət məktubunu sözügedən ölkələrin səfirlərinə təqdim etdiyini bildirib

"Ekvador, Qayana və Surinamdan olan əziz həmkarlarımla görüşmək çox xoşdur. Onlara Azərbaycan Prezidentinin Qayana, Surinam və Ekvador prezidentlərinə COP29-a dəvət məktublarını çatdırdım. İkitərəfli, regional və çoxtərəfli məsələlər ətrafında səmərəli söhbət apardıq. Bu Zirvə görüşünün həqiqi uğur qazanması üçün hamımızı çox iş gözləyir", - diplomat qeyd edib.


Xəbər xətti

23 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin