Əsəbiləşib izləyicinin telefonunu əlindən aldı

07:22 - 29 Aprel 2024

Əsəbiləşib izləyicinin telefonunu əlindən aldı

İki həftə əvvəl Qriqori Lepsin konsertində xoşagəlməz hadisə baş verib.

 

Manset.az Axşam.az-a istinadən xəbər verir ki, tamaşaçılardan biri səhnəyə yaxınlaşaraq sənətçini telefonu ilə yaxından lentə almağa başlayıb. Leps əsəbiləşib, qəfildən telefonu qızın əlindən alıb.

Daha sonra müğənni davranışını izah edərək, bir neçə dəfə çəkilişlər edilməməsi barədə xəbərdarlıq edib. Amma fanatın eşitmə qabiliyyəti zəif olub.

Ancaq pərəstişkarı ondan inciməyib, kumirinin ona diqqət yetirdiyinə sevinib. Buna baxmayaraq sosial şəbəkə istifadəçiləri onu tənqid atəşinə tutublar. 

Leps jurnalistin "Qriqori, sən centlmensən!" sözlərinə “Xeyr, mən centlmen deyiləm. Üstəlik, bizdə emansipasiya var. Mənimlə bərabər hüquqlusunuz, hə, başa düşdüyüm qədər? Bərabər hüquq tələb edirsiniz?" reaksiyasını verib.


Xəbər xətti

15 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin