“Atəşkəs əldə olunsa belə, Rəfaha daxil olacağıq” - Netanyahu

15:20 - 30 Aprel 2024

“Atəşkəs əldə olunsa belə, Rəfaha daxil olacağıq” - Netanyahu

İsrailin baş naziri Binyamin Netanyahu uzun müddətdir gündəmdə olan Rəfaha qarşı mümkün quru əməliyyatı ilə bağlı açıqlamalar verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Netanyahu İsrailin atəşkəs və girov mübadiləsi ilə bağlı razılıq əldə olunsa belə, Fələstinlilərin son dayanacağı olan sərhəd şəhəri Rəfah ərazisinə girəcəyini bildirib.

Netanyahu həmçinin vurğulayıb ki, “məqsədlərinə çatmadan müharibənin bitirilməsi” variant olmadığınıqeyd edib.

Netanyahunun ofisindən verilən açıqlamada, “Bütün məqsədlərə çatmadan müharibəni dayandıracağımız fikri qəbuledilməzdir” , - deyib.

Xatırladaq ki, Rəfah təxminən 1,5 milyon qaçqın fələstinlinin son sığınacaq nöqtəsidir.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

21 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin