Evlənməyə hazırlaşan gəncə təyyarədə sərnişinlər öz tövsiyələrini hədiyyə etdi

16:02 - 30 Aprel 2024

Evlənməyə hazırlaşan gəncə təyyarədə sərnişinlər öz tövsiyələrini hədiyyə etdi

ABŞ-də evlənməyə hazırlaşan bir gəlinə təyyarədəki digər sərnişinlər “uğurlu evliliyin sirlərini” hədiyyə ediblər.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, mayın 9-da ABŞ-da gəlin olmağa hazırlaşan Bri Kunkle rəfiqələri ilə birlikdə subaylıq məclisi təşkil etmək üçün Texasa gedib.

Dostları təyyarədə vəziyyəti kabin heyətinə bildiriblər və kabin heyəti ilə birlikdə unudulmaz sürpriz hazırlanıb.

Təyyarə yerdən 10 kilometr uzaqlaşdıqdan sonra sərnişinlərə anons edilib.

Evli və ya əvvəllər evli olub boşanan sərnişinlərdən evlənməyə hazırlaşan Bri üçün salfetlərə öz tövsiyələrini yazmaları istənilib.

Stüardessalar salfetləri paylayıb.

50 sərnişin Bri üçün ən yaxşı evlilik tövsiyələrini və arzularını yaıb.

Qeydlər arasında: “Bri, kaş bunu kimsə mənə desəydi. Hər gün sevmək bir seçimdir, emosiya deyil. Bir-birinizi sevməyi, lazım olanda bağışlamağı və birlikdə qocalmağı seçin”, “Bri, təbrik edirəm. Heç vaxt yatağa bir-birinizdən küsmüş şəkildə girməyin. Günə başlarkən və günün sonunda bir-birinizi öpün. Bir daha təbrik edirəm. Yeri gəlmişkən, 41 ili geridə qoyduq”, “Ən yaxşı dostunuzla evlənin” və “Yumor duyğunuzu qoruyun və həmişə əylənin. Həmişə bir-birinizin prioriteti olun! (Çox vacibdir!)” adlı həyat dərsləri daxil edilmişdir.

Əfsanə Rəcəb

Manşet.az

 

 


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin