Fransada məhbusların sayı ölkə üçün tarixi rekord həddə çatdı

08:00 - 1 May 2024

Fransada məhbusların sayı ölkə üçün tarixi rekord həddə çatdı

Fransada məhbusların sayı ölkə üçün tarixi rekord həddə çatıb.

 

Manset.az  oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Le Figaro" nəşri ölkənin Ədliyyə Nazirliyinin yaydığı hesabata istinadla xəbər verib.

Bildirilib ki, bu il aprelin 1-nə ölkədə məhkumların sayı 77,4 min nəfərə çatıb. Bu, ötən illə müqayisədə 4,3 min nəfər çoxdur.

Eyni zamanda çarpayı olmadığından kameranın döşəməsində yatmağa məcbur edilən məhbusların sayı artıb. Belə ki, minlərlə məhbus döşəmənin üzərinə qoyulan döşəklərdə yatmağa məcbur edilib. 

"Aprelin 1-nə Fransa həbsxanalarında cəmi 61,5 min çarpayı var idi", - deyə məqalədə vurğulanıb.

O da bildirilir ki, Avropa Şurası ötən ay həbsxanalarda sıxlıq problemindən dərin narahatlığını ifadə edib.

Müəllifin sözlərinə görə, Fransa hökuməti artıq məhbusların sürətli artımı ilə mübarizə aparmağa cəhd edib. Belə ki, bir aya qədər həbs cəzası qadağan edilib, ev dustaqlığına və ictimai işlərə üstünlük verilib. Lakin bu tədbirlər nəticəsiz qalıb.


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin