Qazaxıstanlı nazir işdən çıxarıldı

01:02 - 1 May 2024

Qazaxıstanlı nazir işdən çıxarıldı

Qazaxıstanın rəqəmsal inkişaf naziri Bağdat Musin tutduğu vəzifədən uzaqlaşdırılıb.

 

Manset.az xəbər verir ki, bu barədə respublika prezidentinin mətbuat xidməti məlumat yayıb.

“Dövlət başçısının sərəncamı ilə Baqdat Batırbekoviç Musin Qazaxıstan Respublikasının rəqəmsal inkişaf, innovasiyalar və aerokosmik sənaye naziri vəzifəsindən azad edilib”, - məlumatda deyilir.

Qeyd edək ki, Bağdat Musin 2020-ci il sentyabrın 2-də nazir təyin olunub.


Xəbər xətti

21 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin