Dənizdə dalğanın hündürlüyü 2 metrə çatıb - FAKTİKİ HAVA

09:39 - 1 May 2024

Dənizdə dalğanın hündürlüyü 2 metrə çatıb - FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin mayın 1-də saat 08:00-a olan məlumatına əsasən, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisinin bəzi yerlərində şimal-qərb küləyi əsir.

 

Bu barədə Manset.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Hazırda Bakıda və Abşeron yarımadasında küləyin sürəti 20 m/san, Culfa, Naftalanda 18 m/san-dir. “Neft Daşları” stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü iki metrdir.

Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraitinin mayın 1-də gündüz tədricən mülayimləşəcəyi, gecəyə doğru yenidən güclənəcəyi və mayın 3-də gündüzədək fasilələrlə davam edəcəyi gözlənilir.


Xəbər xətti

21 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin