Çində avtomobil yolu çökdü: 19 nəfər öldü

12:57 - 1 May 2024

Çində avtomobil yolu çökdü: 19 nəfər öldü

Çinin Quandun əyalətində magistral yolun çökməsi nəticəsində azı 19 nəfər ölüb, 30 nəfər yaralanıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə Çin dövlət televiziyası açıqlama verib.

Bildirilib ki, Meizhou-Dabu magistralının 17,9 metrlik hissəsinin yerli vaxtla saat 02.10 radələrində çökməsi nəticəsində 18 avtomobilin yolda qalıb.

Yaralıların xəstəxanaya yerləşdirildiyi və həyati təhlükəsinin olmadığı qeyd edilərkən, axtarış-xilasetmə əməliyyatına 500-dən çox şəxsi heyətin qatıldığı öyrənilib.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

21 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin