İngiltərə Ruandaya göndəriləcək ilk immiqrantları saxladı

16:17 - 1 May 2024

İngiltərə Ruandaya göndəriləcək ilk immiqrantları saxladı

İngiltərə qeyri-qanuni immiqrasiya siyasəti çərçivəsində Ruandaya göndəriləcək ilk immiqrantları saxlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatıan görə, hüquq müdafiəçiləri tərəfindən sərt tənqid edilən Ruanda qanunu keçən həftə Lordlar Palatası tərəfindən qəbul edilib.

Bildirilib ki, Ruanda qanunu baş nazir Rişi Sunakın rəhbərlik etdiyi hökumət üçün prioritet məsələdir.

Hakim partiya ilin sonunda keçiriləcək seçkilərdə leyboristlərə qarşı yarışında immiqrasiya qanunvericiliyinə arxalanacağına ümid edir.

Lordlar Palatasının qanunu qəbul etməsindən sonra keçən həftə verdiyi açıqlamada baş nazir Sunak 10-12 həftə ərzində Ruandaya qaçqın göndərməyə başlayacağını bildirib.

Hüquq qrupları bu planın “qeyri-insani” olduğunu bildirir.

Avropa Şurasının İnsan Haqları Bölməsi Britaniyanı mübahisəli planı ləğv etməyə çağırıb, Birləşmiş Millətlər Təşkilatı isə qanunun yenidən nəzərdən keçirilməsini istəyib.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin