Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verildi

16:23 - 1 May 2024

Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verildi

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mayın 5-də mitinq keçirməklə bağlı müraciətinə cavab verib.

 

Manset.az xəbər verir ki, mitinqin keçirilməsi məqbul sayılmayıb.

Qeyd edilib ki, Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 3155-ci ünvanda yerləşən Yasamal İdman-Sağlamlıq Kompleksinin stadionunda təmir işləri həyata keçirilir. Eyni zamanda metronun “28 May” və “Nərimanov” stansiyalarının qarşısındakı ərazilər əhalinin daha sıx hərəkət etdiyi metro çıxışları olduğu, nəqliyyatın intensiv hərəkət etdiyi hissələrdə yerləşdiyindən həmin məkanlarda toplantıların keçirilməsi tıxacların yaranmasına və vətəndaşların sərbəst hərəkət hüququnun pozulmasına səbəb olacaq.

BŞİH göstərilənləri, həmçinin “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun 7-ci maddəsini nəzərə alaraq 5 may 2024-cü il tarixində planlaşdırılan mitinqin keçirilməsini məqsədəuyğun hesab etməyib.


Xəbər xətti

23 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin