Avropaya son 3 ildə gələn 50 mindən çox miqrant uşaq itkin düşüb

16:43 - 1 May 2024

Avropaya son 3 ildə gələn 50 mindən çox miqrant uşaq itkin düşüb

“Lost in Europe” adlı araşdırma jurnalistikası layihəsinin dərc etdiyi yeni hesabata görə, 2021-2023-cü illər arasında Avropada 50 mindən çox müşayiətsiz uşaq miqrant yoxa çıxıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, tədqiqatçılar, ən çox uşaq itkisinin İtaliyada qeydə alındığını açıqlayıb.

Buna görə İtaliyada üç il ərzində 22 min 899 müşayiətsiz uşaq immiqrant itkin olaraq qeyd edilib.

Avstriya 20 min 77 itkin uşaqla İtaliyanı izləyir.

Hesabat müəllifləri bildirirlər ki, itkin düşən uşaqların sayı bundan da çox ola bilər:

“Məlumatlar çox vaxt uyğunsuz və natamam olur, Avropanın bir çox ölkələri itkin düşmüş uşaqlarla bağlı məlumatları belə toplamır”.

İtkin düşən və cinsi istismara məruz qalmış uşaqlar üçün Avropa Federasiyası “Missing Children Europe”nın rəsmisi Aagje İeven bu məlumatları "narahatedici" kimi xarakterizə edib.

Əfsanə Rəcəb

Manşet.az

 


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin