Çin Fujanı suya endirdi - Ən güclü təyyarə gəmisi

17:10 - 1 May 2024

Çin Fujanı suya endirdi - Ən güclü təyyarə gəmisi

Çin “Fujan” təyyarədaşıyan gəmisini dünyaya tanıdıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ABŞ mediası bu gəmi ilə öz gəmiləri arasındakı fərqləri tərtib edib.

Çin suya endirilən Fujanın elektrik və təhlükəsizlik sistemləri indi sınaqdan keçiriləcək.

Çin xəbər agentliyi Sinxua, döyüş gəmisinin 2022-ci ildən bəri inkişaf etdirildiyini və bu prosesdə avadanlıqların təkmilləşdirildiyini qeyd edib.

Fujanın ən əhəmiyyətli xüsusiyyəti daha ağır döyüş təyyarələri və raketləri daşıya bilməsidir.

ABŞ ekspertləri Çinin yeni təyyarədaşıyan gəmisi ilə açıq dənizlərdə daha çox söz sahibi olmaq istədiyini irəli sürüblər.

CNN İnternational-ın hesabatında isə Fujanın texnoloji baxımdan ABŞ Hərbi Dəniz Qüvvələrinin arxasında olduğu bildirilib.

ABŞ-ın təyyarədaşıyan gəmiləri nüvə enerjisi ilə işləyir və əsgərlər üçün təchizat tükənənə qədər dənizləri tərk etmir.

Fujan isə öz mühərriklərini adi yanacaq sistemləri ilə təchiz edir. Bundan əlavə, ABŞ-ın əksər təyyarədaşıyan gəmiləri Fujandan onlarla daha çox döyüş təyyarəsi daşımaq gücünə malikdir. Digər tərəfdən, Fujanın texniki sınaqlarının təxminən bir il davam edəcəyi və 2026-cı ildə tam şəkildə işə başlayacağı gözlənilir.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

22 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin