"Robin Qud" ağacını kəsdilər, həbsxanaya gedirlər - FOTO

18:25 - 1 May 2024

İngiltərədə Kevin Kostner və Morqan Frimanla birlikdə "Robin Qud: Oğrular Şahzadəsi" filmində məşhur olan ikonik çinar ağacını kəsməkdə günahlandırılan iki nəfərə qarşı ittiham irəli sürülüb. 

 

Manset.az xəbər verir ki, Kroun Prokurorluq Xidməti dünən 38 yaşlı Daniel Qrem və 31 yaşlı Adam Karruthersin cinayət məsuliyyətinə cəlb ediləcəyini açıqlayib. 

İstintaqın fikrincə, 2023-cü ilin payızında məşhur ağacın məhv edilməsində iştirak edənlər məhz onlardır. Britaniya mətbuatında ağac ölkədə ən çox çəkilən ağac adlanır. O, Romalılar tərəfindən düşmən basqınlarının qarşısını almaq üçün tikilmiş bir çox kilometrlik müdafiə istehkamı olan Hadrian Divarının yaxınlığındakı dərədə yerləşirdi. Həmin şəxslər ötən ilin oktyabrında həbs ediliblər və o vaxtdan zaminə buraxılıblar.

Əsrlər boyu yaşı olan çinar ağacı 1991-ci ildə böyük ekranda görünəndən sonra məşhur Northumbrian turistik məkanına çevrilib. Onun məhv edilməsi xəbəri sentyabrın sonunda ortaya çıxıb. Nortumberland Milli Parkı daha sonra ağacın qəsdən kəsildiyini təsdiqləyib. Böyük Britaniya polisi əvvəlcə 16 yaşlı yeniyetməni həbs etsə də, onun günahı sübuta yetirilməyib.

Jalə

Manşet.az



Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin