İstanbulda insident: 28 polis yaralandı, 210 nəfər saxlanıldı

20:16 - 1 May 2024

İstanbulda insident: 28 polis yaralandı, 210 nəfər saxlanıldı

İstanbulun Taksim meydanında 1 May – Beynəlxalq Əmək Günü ilə əlaqədar tətbiq edilən qadağalara məhəl qoymayaraq polis əməkdaşlarına hücum edən 210 nəfər saxlanılıb.

 

Manset.az  xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkə hesabında məlumat yayıb.

Nazir bildirib ki, aralarında bəzi siyasi partiya və həmkarlar ittifaqı üzvlərinin də olduğu qruplar tətbiq olunan qadağalara məhəl qoymayaraq şəhərin müxtəlif nöqtələrindən Taksim meydanına yürüş etməyə cəhd göstəriblər. Qrup üzvləri bu cəhdin qarşısını alan polis əməkdaşlarına daş və bayraq çubuqları ilə hücum ediblər. İnsident nəticəsində xəsarət alan 28 polis əməkdaşı xəstəxanalara yerləşdirilib.

Qeyd edilib ki, 1 May münasibətilə şəhərdə təşkil edilən tədbirlərin təhlükəsizliyinin qorunması məqsədilə bu gün İstanbulda 42 min 434 polis əməkdaşı xidmət göstərib.

Xatırladaq ki, 1 May - Beynəlxalq Əmək Günü ilə əlaqədar İstanbulun müxtəlif bölgələrində, xüsusilə mərkəzi rayonlarında bir çox qadağalar tətbiq edilir. Vu gün sərnişin nəqliyyatı, o cümlədən metro və dəniz vasitələrinin şəhərin mərkəzi bölgələrinə səfərləri təxirə salınıb. Şəhərdə bir çox yollarda nəqliyyatın hərəkəti dayandırılıb, avtomobil dayanacaqları fəaliyyət göstərmir.

İstanbulun mərkəzində 1 May ilə bağlı tədbirlərin keçirilməsi qadağan edilib.


Xəbər xətti

22 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin