Bakıda qarajda YANĞIN: Ölən var - VİDEO

09:07 - 2 May 2024

Bakıda qarajda YANĞIN: Ölən var - VİDEO

Bakıda qarajda yanğın olub, ölən var.

 

Manset.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, Səbail rayonunda ümumi sahəsi 160 m² (hər mərtəbəsi 80 m²) olan ikimərtəbəli beş otaq və qarajdan ibarət evin birinci mərtəbəsində yerləşən qarajın yanar konstruksiyaları 20 m² sahədə və ikinci mərtəbəsində bir otağın döşəməsi 2 m² sahədə yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı bir nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Xəbər xətti

21 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin