Övlad və nəvə dərdinə dayana bilməyən məşhur yazar vəfat etdi

13:29 - 2 May 2024

Övlad və nəvə dərdinə dayana bilməyən məşhur yazar vəfat etdi

Məşhur amerikalı yazıçı Pol Oster 77 yaşında vəfat edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ağciyər xərçəngi ilə mübarizə aparan müəllif iki il əvvəl 10 aylıq nəvəsi Rubini, 10 ay sonra isə 44 yaşlı oğlu Danieli itirib.

Daniel qızı Rubinin qatili kimi həbs edildikdən dörd gün sonra ölü tapılıb. Müəyyən edilib ki, onun nəvəsi inhalyasiya yolu ilə həddindən artıq dozada dərman qəbul edib.  

Qeyd edək ki, Pol Oster 3 fevral 1947-ci ildə ABŞ-ın Nyu Cersi vilayətində doğulub. 34 kitab yazan Oster, detektiv janrına fəlsəfi bir dönüş gətirib. O, Göy, Qəhvəyi, Qara və Ağ adlı özəl detektivlərin qaranlıq kvartetini cəmləşdirən Nyu York Trilogiyası ilə şöhrət qazanıb.

Əfsanə Rəcəb

Manşet.az

 



Xəbər xətti

21 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin