Prezidentlər Şuşaya getdi - FOTO
17 May 2024
17:40 - 2 May 2024
ABŞ-da ukraynalı haker kibercinayətlərə görə 14 ilə yaxın həbs cəzasına məhkum edilib.
Manset.az xəbər verir ki, Texas ştatının Şimal Dairə məhkəməsi "REvil" haker qrupundan olan 24 yaşlı ukraynalı Yaroslav Vasinskini 13 il 7 ay azadlıqdan məhrum edib. O, həmçinin 2500-dən çox kiber-hücumda iştirakına görə 16 milyon dollar cərimələnib.
Qeyd edək ki, ukraynalı haker 2021-ci ildə Polşada haker proqramından istifadə edərək hücumlar həyata keçirdiyi üçün qlobal əməliyyat çərçivəsində saxlanılıb.
O, 2022-ci ildə ABŞ-a ekstradisiya edilib və fırıldaqçılıq, çirkli pulların yuyulması və qorunan kompüterlərə ziyan vurmaq üçün kiber-hücumlarda təqsirli bilinib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin