“Bakcell” çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi

18:40 - 2 May 2024

“Bakcell” çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi

“Bakcell”in Baş İcraçı Direktoru, Klaus Mueller Azərbaycanın ilk qadınlar arasında Avropa çempionu şahmatçısı Ülviyyə Fətəliyevanı möhtəşəm qələbə münasibətilə təbrik edib.

 

Manset.az-ın məlumatına görə, “Bakcell” baş ofisində keçən görüşdə qrossmeyster Ülviyyə Fətəliyevaya qızıl “Bakcell” nömrəsi və 1 illik balans hədiyyə edilib və son model smartfon təqdim olunub. Şahmatçımızın qələbəsinin bütün Azərbaycanı qürurlandırdığını bildirən “Bakcell” Baş İcraçı Direktoru Ülviyyə Fətəliyevaya karyerasında uğurlarının daimi olmasını diləyib.

Görüş zamanı “Bakcell”in yeni brend kimliyindən danışan Klaus Mueller bildirib ki, loqodakı 5 dinamik fiqur gələcəyə yol açan bir ulduz yaradır. Bu ulduz insanları, məkanları və dəyərli anları bir-birinə bağlayır və çempion şahmatçımızın bugünkü qələbəsi məhz belə anlardandır.


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin