İş saatı ən uzun olan ölkələr - SİYAHI

08:01 - 3 May 2024

İş saatı ən uzun olan ölkələr - SİYAHI

Beynəlxalq Əmək Təşkilatı ölkələrdə həftəlik iş saatları ilə bağlı hesabat hazırlayıb.

 

Manset.az  publika.az-a istinadən xəbər verir ki, həftəlik ən uzun iş saatına görə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) birinci olub. İşçilər ölkədə həftədə 50,9 saat işləyirlər.

Siyahıda ikinci yeri Çin tutub. Çində işçilər həftədə 46,1 saat işləyir.

Hazırlanan hesabatda Hindistan 46,7 saatla üçüncüdür. Türkiyə siyahıda dördüncüdür. Orada işçilər həftədə 43,3 saat işləyir. Orta hesabla hər dörd işçidən biri uzun saatlar işləməli olur.

Habelə, Yunanıstanda işçilər orta hesabla 39,7 saat, Almaniyada isə 34,7 saat işləyir. ABŞ-da işçilər 38 saat işlədiyi halda, Niderlandda orta hesabla 31,6 saat işləyirlər.

Xatırladaq ki, Azərbaycanın Əmək Məcəlləsinin 89-cü maddəsində göstərilir ki, tam iş vaxtı - müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır. Gündəlik normal iş vaxtının müddəti 8 saatdan artıq ola bilməz. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq müəyyən edilə bilməz.

Məcəllənin 90-cı maddəsinə əsasən, bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. İstehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq işəgötürən və ya müvafiq icra hakimiyyəti orqanı həftəlik tam iş vaxtının müddəti çərçivəsində altıgünlük iş həftəsi də müəyyən edə bilər. Altıgünlük iş həftəsində həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan, həftəlik norma 36 saat olduqda gündəlik iş vaxtının müddəti 6 saatdan, həftəlik norma 24 saat olduqda isə gündəlik iş vaxtının müddəti 4 saatdan çox ola bilməz.

Təcrübədə tam iş rejiminə uyğun olan və daha çox tətbiq olunan iş rejimi saat 09:00-da başlayıb 18:00-da bitir. Bununla bağlı ən çox verilən suallardan biri budur ki, göstərilən iki vaxt arasında faktiki 9 saat müddət olmasına başlayaraq, iş vaxtının uçotu cədvəlində (tabeldə) niyə iş vaxtı 8 saat qeyd olunur? Qanunvericiliyə əsasən, iş vaxtı ərzində işçiyə istirahət vaxtı və ya nahar vaxtı müəyyən olunur və həmin vaxt ərzində işçi işdən ayrılır. Təcrübədə nahar fasiləsi saat 13:00-14:00 arası - 1 saat müəyyən olunur. İstirahət və ya nahar vaxtı iş vaxtına daxil edilmədiyi üçün işçi saat 09:00-dan 18:00-dək 8 saat işləməlidir. Buna görə də müəssisələrdə tərtib olunan iş vaxtının uçotu cədvəlində (tabeldə) gündəlik 8 saat iş vaxtı qeyd olunur.


Xəbər xətti

21 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin