Bu ölkədə 2 müxalifətçi siyasətçinin həbsinə order verildi

09:39 - 3 May 2024

Bu ölkədə 2 müxalifətçi siyasətçinin həbsinə order verildi

Venesuelada Dövlət Neft Şirkətinə (PDVSA) qarşı aparılan korrupsiya istintaqı çərçivəsində 2 müxalifətçi siyasətçinin həbsinə order verilib.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, baş prokuror Tarek Uilyam Saab mətbuata açıqlamasında müxalifət siyasətçiləri Leopoldo Lopez və Xulio Borxesin PDVSA və kriptovalyutadakı korrupsiyada əli olduğunu göstərən yeni sənədlər əldə etdiyini bildirib.

Saab iki müxalif siyasətçinin saxlanması üçün həbs qərarı çıxardıqlarını və yeni şahidlər əsasında bu qərarı verdiklərini qeyd edib.

Lopez və Borxesin ekstradisiyasını yaşadıqları ölkələrdən tələb edəcəklərini bildirən Saab, müxalifət siyasətçilərinin Venesuela dövlətindən külli miqdarda pul qəsb etdiklərini iddia edib.

Jalə

Manşet.az


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin