Bu ölkədə yağ zavodunda YANĞIN

10:03 - 3 May 2024

Bu ölkədə yağ zavodunda YANĞIN

Türkiyənin Aksaray bölgəsində yağ zavodunda yanğın olub.

 

Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, səhər saat 07:30 radələrində mütəşəkkil sənaye zonasında yerləşən yağ zavodunda naməlum səbəbdən yanğın baş verib.

Alov sürətlə bütün fabriki əhatə edib.

Xəbər üzərinə çox sayda xilasetmə, sağlamlıq və polis qrupları ünvana sövq edilib. 

Zavod ərazisində  partlayış səsləri eşidilib.

Hadisə yerinə əlavə yanğınsöndürmə briqadaları istənilib.

Jalə

Manşet.az

 


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin