Kral III Çarlz Muxtar Babayevi qəbul etdi
27 İyul 2024
10:15 - 3 May 2024
Braziliyada güclü yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayı artıb.
Manset.az-ın məlumatına görə, ölkənin cənubundakı Rio Grande do Sul əyalətində bir neçə gündür təsirli olan yağışlar can və mal itkisinə səbəb olub.
Ştatın bələdiyyə sədri Leite tərəfindən verilən açıqlamada ölənlərin sayının 29-a, itkin düşənlərin sayının isə 60-a yüksəldiyi bildirilib.
Açıqlamada, yağışların 154 qəsəbəyə ciddi ziyan vurduğu və 71 min 300 nəfərin seldən mənfi təsirləndiyi bildirilib.
Ölənlərin sayının arta biləcəyinə qeyd edən Leite, axtarış-xilasetmə işlərinin qurudan, dənizdən və havadan davam etdiyini bildirib.
Leite faciənin böyüklüyünə görə 180 gün ərzində “fəlakət vəziyyəti” elan etdiklərini və insanların fəlakət bölgəsindən çıxarılması üçün ciddi səy göstərdiklərini bildirib.
Jalə
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin