Boşana bilməyən Pitt yeni sevgilisi ilə görüntüləndi

11:24 - 3 May 2024

Boşana bilməyən Pitt yeni sevgilisi ilə görüntüləndi

60 yaşlı Bred Pitt və sevgilisi 34 yaşlı İnes de Ramon ilə görüntülənib. 

 

Manset.az DailyMail-ə istinadəən xəbər verir ki, Ancelina Coli ilə Bred Pittin 8 ildi boşanma davası gedir. 

Bred Pitt və sevgilisi İnes de Ramon bazar ertəsi sahildə romantik səhər gəzintisi ediblər.

İnesin bir müddət əvvəl Pittin evinə köçdüyü öyrənilib.

İkili ilk dəfə 2022-ci ilin noyabrında Los-Ancelesdə Bono konsertində səhnə arxasında birlikdə görüntülənib.

O zaman mənbələr ikisinin "bir neçə aydır" birlikdə olduqlarını açıqlamışdı.

Jalə

Manşet.az


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin