Bu xanım Türkmənistana səfir təyin TƏYİN EDİLDİ - FOTO

15:28 - 3 May 2024

Bu xanım Türkmənistana səfir təyin TƏYİN EDİLDİ - FOTO

ABŞ-nin Rusiyada fəaliyyətdə olan səfirinin keçmiş müavini Elizabet Rud Birləşmiş Ştatların Türkmənistandakı səfiri vəzifəsinə təyin edilib.

 

Manset.az  xəbər verir ki, bu barədə ABŞ Konqresinin “X” səhifəsində bildirilib.

Məlumata görə, Senat onun Türkmənistana səfir vəzifəsinə namizədliyini mayın 3-də təsdiqləyib.

Bildirilib ki, Elizabet Rud indiyə qədər ABŞ-nin Gürcüstandakı səfirinin müavini, Dövlət Departamentinin Qafqaz və regional münaqişələr üzrə Baş İdarənin rəhbəri, ölkəsinin Qarabağ, Abxaziya, Cənubi Osetiya və Dnestryanı bölgələrindəki münaqişələr üzrə xüsusi nümayəndənin müavini, ABŞ-nin Əfqanıstandakı səfirinin siyasi məsələlər üzrə müşaviri vəzifələrində işləyib.

O, ingilis dili ilə yanaşı, fransız, rus, alman, puştu, dari və gürcü dillərini də bilir.



Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin