Xankəndidə bir həftəyə bu qədər silah-sursat tapıldı

11:54 - 4 May 2024

Xankəndidə bir həftəyə bu qədər silah-sursat tapıldı

Xankəndidə müharibə qalıqları, təhlükə mənbələrinin aşkarlanıb zərərsizləşdirilməsi prosesi fasiləsiz davam etdirilir.

 

Manset.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, 27 aprel-3 may tarixlərində polis əməkdaşları tərəfindən təkcə Xankəndi şəhəri ərazisində külli miqdarda silah aşkar edilib.

Belə ki, 33 avtomat silahı, 1 pulemyot, 10 tapança,14 tüfəng, 1 qumbaraatan, 59 qumbara, 34 alışdırıcı, 397 patron darağı, 7888 ədəd müxtəlif çaplı patron, 1 qutu trotil, 27 ədəd süngü-bıçaq və digər sursatlar aşkar olunaraq götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.


Xəbər xətti

23 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin