Siqaret çəkərkən saçları alovlanan qadın dünyasını dəyişdi

16:06 - 6 May 2024

Siqaret çəkərkən saçları alovlanan qadın dünyasını dəyişdi

ABŞ-da 46 yaşlı Treysi Enn Qardiner adlı qadın mətbəxdə siqaret çəkən zaman pariki alovlanıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Qardiner xilas olmaq üçün yataq otağına qaçarkən saçlarından yayılan alov parçaları çarpayısına və paltarına düşüb.

Evdən tüstü qalxdığını görən qonşular yardım çağırıb.

Hadisə yerinə gələn xilasedici qrup yanğını söndürüb və Qardineri çarpayısında cansız tapıblar.

Hadisə ilə bağlı aparılan araşdırma zamanı Qardinerin sərxoş olduğu müəyyən edilib.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin