Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə etdi
19 May 2024
16:34 - 6 May 2024
İranda fırtına nəticəsində göydən balıq yağıb və görüntülər dünya mediasında trend mövzusuna çevrilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, balıq yağışı beynəlxalq mətbuatda və sosial mediada səs-küy yaratsa da, səlahiyyətlilərdən rəsmi açıqlama verilməyib.
Mövzu ilə bağlı şərh verən bəzi ekspertlər, balığın fırtına səbəbiylə havaya qalxdığını və sonra yerə düşdüyünü irəli sürüb.
Digər tərəfdən, ötən il Çinin paytaxtı Pekində səmadan qurdlar yağmışdı. Çinlilər o zaman sosial şəbəkələrdə bunun qiyamət əlaməti olduğunu bildirmişdilər.
Alimlər bunu güclü küləklə əlaqələndirərək, Pekində yaşayanlara çətirdən istifadə etmələri barədə xəbərdarlıq etmişdi.
Əfsanə Rəcəb
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin