Almaniya Rusiyadakı səfirini geri çağırdı

16:52 - 6 May 2024

Almaniya Rusiyadakı səfirini geri çağırdı

Almaniya Moskvadakı səfiri Aleksandr Lambsdorfu məsləhətləşmələr üçün geri çağırıb.

 

Mansetaz “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Almaniya XİN-in nümayəndəsi açıqlayıb.

Bildirilir ki, səfir bir həftə Berlində qaldıqdan sonra Moskvaya qayıdacaq.

Qeyd edək ki, Almaniyanın xarici işlər naziri Annalena Berbok ötən həftə bildirib ki, Almaniya hökuməti 2023-cü ildə ölkənin Sosial-Demokrat Partiyasının resurslarına kiberhücumda Rusiyanın məsuliyyət daşıdığıını hesab edir.


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin