Bu ölkədə "Allah" yazısı olan daş tapıldı - FOTOLAR

18:06 - 6 May 2024

Bu ölkədə

Karamanın şimalındakı Karadağdakı Binbir kilsəsində qəribə daş tapılıb.

 

Manset.az AA-ya istinadən xəbər verir ki, Karamanın şimalındakı Karadağdakı Binbir  dağılmış tarixi kilsənin xarabalıqları arasında 4 daşın üzərində “Allah” yazısı olan daş tapılıb.

Tarixçilərin apardığı araşdırmada bildirilir ki, İslam dövründə (700-800-cü illər) Orta Anadoluda qədim şəhər və yaşayış məntəqələrinə qarşı fəth basqınları təşkil edilib.

Bu məlumatların tarixi sənədlərdən və mənbələrdən əldə edildiyini açıqlayan tarixçi, onların arxeoloji izlərini tapmağın çox çətin olduğunu bildirib.

Yunanıstan və Türkiyənin qədim şəhərlərində erkən İslam dövrünə aid yazıların olduğunu bildiilir.

Qeyd edilir ki, " Allah" yazısı daşın üzərində ərəb dilində yazılıb.

Jalə

Manşet.az



Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin