Dünya ulduzunun oğlu anasını döyməkdə ittiham olunur - FOTO

07:02 - 7 May 2024

Dünya ulduzunun oğlu anasını döyməkdə ittiham olunur - FOTO

Amerikalı aktyor Nikolas Keycin 33 yaşlı aktyor oğlu Ueston Keyc anası Kristina Fultona hücum etməkdə ittiham olunur. 

 

Manset.az  qafqazinfo-ya istinadən xəbər verir ki, 56 yaşlı aktrisanı üzündə zorakılıq əlamətləri ilə görüblər. Onun gözünün altında böyük qançır, üzündə isə cızıqlar olub. 

Ehtimal edilir ki, insident Kristina Fultonun evində baş verib. Belə ki, ana-oğul mübahisəsi dava ilə sonlanıb. 

Ueston Keyci həbs etmək mümkün olmayıb. Polis gələnədək o, hadisə yerindən qaçıb. 

Nəşrin məlumatına görə, Kristina Fulton oğlunun ünvanına olan ittihamları qəbul etmir və konfidensiallıq tələb edir. 



Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin