İşlədiyi xəstəxanada əməliyyat olunan həkim dünyasını dəyişdi - Ailəsindən şok iddia

13:37 - 7 May 2024

İşlədiyi xəstəxanada əməliyyat olunan həkim dünyasını dəyişdi - Ailəsindən şok iddia

Türkiyədə 27 yaşlı Dr. Melike Sargın İlhan işlədiyi Tibb Fakültəsi Xəstəxanasında keçirdiyi böyrək daşı əməliyyatı zamanı dünyasını dəyişib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ailə qızının aprelin 23-də bayram günlərində əməliyyat olunduğunu deyib.

Həkimin ailəsi cərrahiyyə əməliyyatının mütəxəssis həkimlər tərəfindən deyil, köməkçilər tərəfindən aparıldığını iddia edərək Respublika Prokurorluğuna cinayət işi qaldırıb.

Ailənin “ehtiyatsızlıqdan ölümə səbəb olma” iddiasında verdiyi iddiada Səhiyyə Nazirliyinin dərc etdiyi “B.10.0.THG.0.10.00.02-251-99-12894” nömrəli sirkulyar xatırladılıb.

2011-ci il tarixli sirkulyarda deyilir ki, "Səhiyyə Nazirliyinin sirkulyarına əsasən, heç bir köməkçi həkim hələ almadığı diplomla əməliyyat edə bilməz. Xüsusi bilik və bacarıq tələb edən hər cür müdaxilələr və tibbi fəaliyyət mütləq müvafiq təlim məmurunun və ya ekspertin məsuliyyəti və nəzarəti altında aparılmalıdır”.

Ata Halil İbrahim Sargın İHA müxbirinə əməliyyat zamanı mütəxəssis həkimlərin olmadığını iddia edərək əməliyyatı edən uroloq və anesteziya köməkçilərindən şikayətləndiklərini deyib.

Əfsanə Rəcəb

Manşet.az

 

 



Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin