Azərbaycan-Slovakiya sənədləri imzalandı - FOTO

14:45 - 7 May 2024

Azərbaycan-Slovakiya sənədləri imzalandı - FOTO

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin və Slovakiya Baş naziri Robert Fitsonun iştirakı ilə Azərbaycan-Slovakiya sənədlərinin imzalanması mərasimi olub.

 

Manset.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Slovakiya Baş naziri Robert Fitso “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”ni imzalayıblar.

Azərbaycan müdafiə sənayesi naziri Vüqar Mustafayev və Slovakiya Baş nazirinin müavini, müdafiə naziri Robert Kalinak “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında hərbi-texniki əməkdaşlıq sahəsində Anlaşma Memorandumu”nu imzalayıblar.

Azərbaycan müdafiə naziri Zakir Həsənov və Slovakiya Baş nazirinin müavini, müdafiə naziri Robert Kalinak “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”i imzalayıblar.




Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin